Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirilib – FOTOLARbackend

Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az güney KIV-lərinə istinadən xəbər verir ki, aksiyaya “Bəsic” təşkilatı ilə birlikdə mərsiyəxanlar və bir sıra məzhəbi heyətlərin yüzə yaxın üzvü qatılıb. Amerika və İsrailə qarşı şüarlar səsləndirən aksiyaçılar bir neçə həftə əvvəl Bakının yaxınlığındakı Nardaran qəsəbəsində baş vermiş atışmada 4 “şiə müsəlman”ın ölümünə etiraz bildiriblər. Etirazların sonunda aksiyaçılar bəyanat yayaraq Azərbaycanda üzdəniraq “islama zidd” hərəkətlərə son qoyulması və Nardaran hadisəsində tutulub həbs edilənlərin azadlığa buraxılması tələb edilib. Bəyanatda həm də İran dövlətindən “Azərbaycan şiələrinə təzyiqin” azaldılması istiqamətində öz qanuni və diplomatik imkanlarından istifadə edərək bu yolda müəyyən addımlar atması tələb olunub”.

Xatırladaq ki, noyabrın 26-sı günorta saat 13.00 radələrində Bakının Nardaran qəsəbəsində qanunsuz şəkildə yaradılmış “Müsəlman Birliyi Hərəkatı” nın bir sıra üzvləri ilə hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Bir qrup ekstremist dindar, öz qanuni vəzifəsini yerinə yetirən hökumət qüvvələri üstünə odlu silahlardan atəş açaraq 2 polis əməkdaşını öldürüb, bir neçəsinə xəsarət yetirib. Atışmada silahlarını yerə qoymaqdan imtina edərək polisə müqavimət göstərən 4 radikal dindar həlak olub və həmin təşkilatın rəhbəri kimi tanınan gənc molla Taleh Bağırzadə və ona yaxın bir neçə nəfər həbs edilib.

Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında etiraz aksiyası keçirilib - FOTOLAR

İnterpress.az