İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Mosula əsgər göndərməsindən sonra,
şəxsi müşaviri Əbdülmehdi Kərbəlayinin vasitə ilə bir açıqlama verən Sistani, \”İraqın suverenliyini qorumaq İraq hökumətinin səlahiyyətindədir. Bəhanə və əsası nə olursa olsun, buna dözümlülük göstərilməməlidir\” dedi.
Açıqlamasında Türkiyənin adına birbaşa yer verməyən Sistani, \”Heç bir ölkə, iki ölkə arasındakı müqavilə bitməyənə qədər, terrorla mübarizəni dəstəkləmə bəhanəsi ilə bir başqa ölkənin torpaqlarına əsgər göndərməməlidir\” ifadələrini istifadə etdi. Sistani həmçinin, İraqda yaşayan əcnəbilərə qarşı təzyiq tətbiq edilməsi üçün çağırış etdi.
Türk əsgərləri dekabrın 4-də Mosula daxil olmuş, Ankaradan verilən açıqlamada, əsgərlərindən peşmərgə güclərinin təlimi üçün bölgədə olduğu bildirilmişdi. Ancaq Bağdad hökuməti, buna icazə vermədiyini qeyd edərək, Türk əsgərlərinin bölgədən çıxarılması üçün müraciət etmişdi.