İranda Azərbaycanlı məhbusa dəstəkbackend

İranda Azərbaycanlı məhbusa dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbələrə istinad edərək xəbər verir ki, Güney Azərbaycanın paytaxtı Təbrizdə milli zəmində apardığı dinc fəaliyyətinə görə həbs edilən milli-mədəni fəal Rəsul Rəzəviyə dəstək nümayiş etdirilib. Dekabrın 9-da bir qrup azərbaycanlı fəal, Rəsul Rəzəvinin şəkli əks olunmuş böyük bir yazılı plakat hazırlayaraq Təbriz küçələrinin birinə taxıblar. Üzərində “Vətən mənə oğul desə nə dərdim, Azərbaycanın igid oğlu və mədəni fəal Rəsul Rəzəviyə azadlıq!” şüarları yazılan plakatda əsassız səbəblərə görə tutulan təbrizli fəalın azadlığa buraxılması tələb olunub. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin mülki geyimli əməkdaşları Rəsul Rəzəvini noyabrın 12-si axşam saatlarında şəhər küçələrinin birində tutub aparmışdılar. Fəal, əvvəlcə ETTELAAT-ın Təbrizdəki idarəsinin təcridxanasında saxlanılsa da, sonradan Təbrizin mərkəzi zindanına köçürülüb. Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində rassizm və fars irqçiliyinə qarşı keçirilən kütləvi etirazlar zamanı tutulan azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinmir.

İranda Azərbaycanlı məhbusa dəstək

İranda Azərbaycanlı məhbusa dəstək

İranda Azərbaycanlı məhbusa dəstək

İnterpress.az