İnterpress.az xəbər verir ki, Komitədən AzNews.az-a verilən məlumata görə, sözügedən “Hüseyniyyə” məscidi Dini icma kimi Dövlət Komitəsində qeydiyyatdan keçməyib. Bundan əlavə, bildirilib ki, Nardarandakı ibadət evlərinin fəaliyyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib
Komitədən daxil olan məlumatda bu gün həbs edilən Rəhimə xanım ziyarətgahının axundu Nuhbala Rəhimovun da din xadimi kimi rəsmi təyinatının olmadığı qeyd olunub: “Həmçinin din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov komitədə dövlət qeydiyyatından keçmiş hər hansı bir dini icmanın rəhbəri deyil”.
İnterpress.az