İnterpress.az rus mətbuatına istinadən xəbər verir ki, \”Son illərdə çoxlu sayda Rus-Türk ailələr quruldu. Hər iki ölkə onların evidir. Bu insanlar iki ölkəni də çox sevir, uşaqları var və bu uşaqların ortasından xətt çəkib, sol tərəfi Rus sağ tərəfi Türk elan etmək olmaz\” deyən Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova mətbuata açıqlama verib.
Türkiyə və türk xalqını dost olaraq gördüklərini söyləyən Zaxarova, iki ölkə arasındakı dostluğun sözdə deyil, əməldə sübut olunduğunu xatırladıb.
\”Əlbəttə tarixin müxtəlif dövrlərində aramızda problemlərimiz olub, ancaq türk xalqına hörmətimiz heç vaxt əksilməyib. Xüsusilə son illər iqtisadi, ticari və hərbi sahələrdə güclü işbirliyimizi nümunə çəkə bilərəm\” deyə Zaxarova əlavə edib.
Türkiyənin rus döyüş təyyarəsini vurmasına da münasibət bildirən Maria Zaxarova, türk hökumətini ikitərəfli münasibətlərə zərbə vurmaqda təqsirləndirib:
\”Biz gözləyirdik ki, heç olmasa ölən pilotun ailəsindən üzr istəsinlər amma Ankara bunu da etmədi. Hər şeyə rəğmən, bizim Türkiyə xalqına olan baxışımız dəyişməyib\”.
Interpress.az