Salyanın büdcəsini Almaniyaya daşıyan icra başçısıbackend

Salyanın büdcəsini Almaniyaya daşıyan icra başçısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a şikayət edən rayon sakini yazır ki, icra başçısı Tahir Kərimov büdcə vəsaitlərini təyinatı üzrə xərcləmir. O, Salyan rayonunu öz təbəsi kimi idarə edir. Yəqin elə ona görədir ki, mətbuat Tahir Kərimova “Salyan xanı” ləqəbini verib. Tahir Kərimov rayonun iqtisadi inkişafına ayrılan vəsaitləri göyə sovurur, onun oğlunun sorağı Maldiv adalarından gəlir. Varlığa nə darlıq. Şikayətçi deyir ki, nəinki Salyanın kəndlərində, hətta rayonun mərkəzində də yollar bərbad gündədir: “Rayonda telefon xətləri bərbad durumdadır. Azacıq külək əsən kimi bütün xətlər qarışır bir-birinə və günlərlə bu problem davam eidr. İşıqdan danışmağa dəyməz. Çünki elektrik enerjisi fasilələrlə verilir”. Şikayətçinin dediyinə görə, Tahir Kərimov tez-tez Avropaya səyahətə çıxır. Onun ən çox sevdiyi Avropa ölkəsi isə Almaniyadır. Tahir Kərimov tez-tez Almaniyaya müalicəyə, gəzməyə getdiyindən rayondakı dövlət qurumlarının rəhbərləri vəziyyətdən öz xeyirləri üçün istifadə etməyə çalışırlar. Üstəlik, T.Kərimovun büdcədən rayona ayrılan milyonlarla manat vəsaiti özü ilə Almaniyaya apardığından bu bölgə demək olar ki, gün-gündən daha da bərbad duruma düşür. Kriminal aləmdə “Zəli Tahir” kimi tanınan icra başçısının rayonu da oğru qanunları ilə idarə etdiyi deyilir. Məsələn, onun icra başçısı keçər-keçməz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan şəhərində salınmış və 2010 -cu ilin dekabrında yerli əhaliyə paylanmış yeni yaşayış massivindəki evlərin (167 ev) sənədləşməsinə 1500 manat vəsait tələb etməsi böyük hay-küy yaratmışdı. Kərimovun sonrakı fəaliyyəti də göstərdi ki, o, Salyana öz ”vəziyyət”ini daha da yaxşılaşdırmağa gəlib. Və deyilənlərə inansaq, buna da artıqlamasilə nail olub.

Qeyd: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq
Abuzər