Deputatlar Zeynəb Xanlarovaya qarşı: “Millət vəkilinin əsas işi…”backend

Deputatlar Zeynəb Xanlarovaya qarşı: “Millət vəkilinin əsas işi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komitə sədri Rafael Hüseynov gözlənilmədən iclasa qatılmayan deputatlara sonuncu dəfə xəbərdarlıq edib. Sədr qeyd edib ki, bir də belə hal olarsa, komitə iclaslarına qatılmayan deputatlarla bağlı parlamentin sədri Oqtay Əsədova rəsmi şəkildə müraciət olunacaq. Bundan əlavə onların bu sayğısızlığı İntizam Komissiyasında müzakirəyə çıxarılacaq.

Bəs deputatlar hansı hallarda iclaslara gəlməyə bilər?

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Astan Şahverdiyev açıqlamasında komitə üzvlərinin iclaslarda iştirakının vacib olduğunu deyib: “Deputatlar mütləq üzvü olduqları komitələrin iclaslarında iştirak etməlidirlər. Amma müəyyən səbəblərdən deputatlar komitə iclaslarından kənarda qala bilər. Məsələn, deputatın səhhətində problem yaranarsa, vacib işi çıxarsa, yaxud da səfərdə olduğundan iclasda iştirak etməyə bilər. Lakin bu halda komitə iclasına qatılmaması ilə bağlı sədri xəbərdar etməlidir. 11 ildir ki, deputatam, iki-üç komitə iclası istisna olmaqla hamısında iştirak etmişəm. Getmədiyim iclaslarla bağlı da komitə sədrini məlumatlandırmışam”.

Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı isə hesab edir ki, deputatın əsas vəzifəsi qanun yaradıcılığı prosesində iştirak etməkdir: “Deputat üzrlü səbəbdən səfərdə olduğu zaman, bölgələrdə vacib tədbirlərdə iştirak etdiyindən komitə iclaslarına qatılmaya bilər. Mən təsəvvürümə gətirə bilmirəm ki, hansısa deputat “işim var, gələ bilmirəm” sözünü işlətsin. Millət vəkilinin birinci vəzifəsi iclaslarda iştirak etməkdir. Deputatın işi qanun yaradıcılığı prosesinin iştirakçısı olmaqdır”.(aznews)

İnterpress.az