Rusiyalı aparıcı ABŞ rəsmisini dəli etdi-VİDEObackend

Rusiyalı aparıcı ABŞ rəsmisini dəli etdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın “Rusiyya Todey” telekanalının Vaşniqton müxbiri Gayane Çiçakyan Türkiyənin İraqa ordu yeritməsinin səbəbini soruşub. Lakin amerikalı sözçü onun suallarını cavabsız buraxıb. Belə olduqda müxbir “Türkiyənin İraq əsgər göndərməsini necə dəyərləndirirsiniz” sualını təkrar verməli olub. Bu zaman sual cavab verə bilməyən C.Kirby özündən çıxıb və qarşı tərəfi təhqir edib. O, rusiyalı müxbirə “bu sualları hələ də utanmadan soruşa bildiyinə mat qaldım. Rusiya hökumətinə verə bilmədiyin sualları məndən niyə soruşursan?”.
Daha sonra özünü itirən ABŞ rəsmisi “3 gündür eyni sualı verirsiniz. Türkiyə ilə İraq bir araya gəlib, bu problem həll etməyə çalışır” deyə qışqırıb.
Dünya mətbuatı isə ABŞ rəsmisinin kobudluğunu tənqid edib.

İnterpress.azhttps://youtube.com/watch?v=PNkHmnNAfZ4