Bu barədə SANA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir.
Məlumata əsasən, belə çox insan itkisinə səbəb, terrorçu-kamikadzelərin şəhərin mərkəsində mazut çəninin partladması olub.
Daha bir partlayıcı şəkər daşıyan yük maşınına quraşdırılıb. Avtomobil ərzaq bazasına çatanda partladılıb.
Üçüncü partlayış isə Suk-əl-Cümə tərəvəz bazarında törədilib.
“Partlayış yerlərində 15 nəfər, daha 45 nəfər isə xəstəxanalarda ölüb. Ölənlərin əksəriyyəti qadındır”, – polisdən bildiriblər.
Terorr aktlarına görə məsuliyyəti İŞİD yaraqlıları öz üzərinə götürüblər.
İnterpress.az