Şiə lider Türkiyəni təhdid etdibackend

Şiə lider Türkiyəni təhdid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda şiələrin lideri Müqtəda Əl Sadır Türkiyənin tez bir zamanda işğal olunacağını bildirib. “Nəcəfə Kufə Cami”sindəki xütbəsində camaata səslənən Əl Sadır qrup olaraq Amerika işğalına qarşı vuruşduqlarını qeyd edib: “Türkiyə işğal olunma ərəfəsindədir. Bəzi qruplar buna qarşı həm hərbi, həm də başqa yollarla döyüşür. Bu qruplar əgər vəzifələrini yerinə yetirə bilməzsə biz müdaxiləyə hazırıq”.

Lider Türkiyənin İraqa əsgər göndərməsinə etiraz edib. İraqın paytaxtı Bağdad başda olmaqla Bəsrə, Meysam və Babildə sui-istifadəyə qarşı təşkil edilən nümayişlərdə Türkiyənin Mosula əsgər göndərməsinə etiraz edilib. Əhali Ankaranın əsgərlərini geri çəkməsini tələb edib. Bəsrədə şiələrin Türkiyə əleyhinə nümayiş təşkil edəcəyi də gözlənilir. Bağdad əyalətinin Məclisi dünən başlayan Bəsrə beynəlxalq sərginin sponsorluğunu da ləğv edib. Cəmi 70 firma və 10 ölkənin qatıldığı sərgini təşkil edən Türkiyə şirkətinin də sponsorluğu ləğv edilib. Eyni zamanda türk mallarına da boykot qərarı verilib.

İnterpress.az