O bildirib ki, 2010- cu ilin iyunun 6-da rayonun Samir qəsəbəsi ərazisində olan beş otaqlı evi məhkəmənin qərarı olmadan zorla sökülüb: “Söküntü prosesində İH-nin əməkdaşları Elşad Əlimuradov, Nadirşah Məmmədov da iştirak edib. Bununla da Cinayət Məcəlləsinin 157,177,186.2.1.308.və 309.cu maddələrində nəzərdə tutulmuş cinayət tərkibli hərəkət edilib. Evimin qanunsuz sökülməsi ilə başçıdan kompensasiya tələb etdikdə isə, o tapşırıq əsasında CM-nin 188-ci maddəsi ilə barəmdə cinayət işi başladaraq məni məhkəməyə verib. 3 il ərzində yüzlərlə məhkəmə baxışı keçirilib. Sonunda isə cinayət əməli olmadığı üçün mənə bəraət verilib.
Hüquq-mühafizə və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənə dəymiş zərərə görə Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən cəmi 1700 manat vəsait ödənilib.
Şəxsi evimin qanunsuz sökülməsi ilə əlaqədar maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə 02.07.2015-ci il tarixdə Qusar rayon məhkəməsində Qusar RİH-nə qarşı 332000 manat məbləğində mülki iddia qaldırılıb, ancaq iddia tələblərim əsassız olaraq məhkəmələr tərəfindən təmin edilməyib.
Şair Alxasov bütün hallarda öz nüfuzundan istifadə edərək məhkəmələrə təsir göstərib. Bu qanunsuzluqlar məni intihar həddinə çatdırıb. Mən ölkə başçısından bu şəxsin mənə qarşı etdiyi hərəkətlərə görə barəsində müvafiq tədbirlər görülməsini xahiş edirəm”.
İnterpress.az