“Təxribata uymasınlar”backend

“Təxribata uymasınlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə bir sərəncamın verilməsinə səbəb isə son günlər Nardaran ətrafında baş verən proseslərlə bağlıdır. Məlumdur ki, noyabrın 26-da qəsəbədə silahlı qarşıdurma olub, nəticədə ikisi polis olmaqla ümumilikdə 6 nəfər vəfat etmişi. Rəsmi qurumların yaydığı açıqlamada bildirilirdi ki, “Müsəlman Birliyi” adlanan hərəkat dövlətin konstitusiya quruluşunun zorla dəyişdirərək şəriət qanunları ilə idarə edilən dini dövlət qurulmasına cəhd ediblər. Bu məqsədlə də onlar Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil edibər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar.

Bu məqsədlə də Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində birliyin sədri Hacı Taleh Bağırov başda olmaqla bir neçə üzvü həbs olunub. Sonrakı günlərdə də aiddiyyatı qurumlar tərəfindən qəsəbəyə intensiv nəzarət olunub və birliyin daha bir neçə tərəfdarı həbs edilib.

Nardaran “qanunları” qüvvədən düşdü

Hadisələr onu göstərdi ki, Nardaran qəsəbəsi uzun müddət spesifik “qanunlar”la yaşayıb. Nəzərə alsaq ki, 2002-ci il iyulun 3-də də kənd sakinləri ilə polis arasında toqquşma baş vermişdi. Kənd sakinlərindən bir nəfər güllə yarası, 6 nəfər isə xəsarət almışdı. Xəsarət alanlar içərisində polislər də var idi. O zaman da kənd camaatının İranın təhriki ilə aksiyaya çıxdıqları bəyan edilmişdi. Sakinlər isə sosial problemlərinin həlli məqsədilə belə bir addımı atdıqlarını vurğulamışdılar.

Noyabrın 26-da baş verən toqquşma da onu göstərdi ki, qəsəbə sakinlərindən hələ də İranın təsiri altında olanlar var. Hətta məktəb yaşındakı uşaqlar belə təhsildən yayınaraq Hacı Talehin həbsdən azad edilməsi şüarı ilə çıxış edirdilər. Uşaqların təhsil almağa borclu olduğu halda, belə dini-siyasi hadisələrə münasibət bildirmələri cəmiyyət tərəfindən də birmənalı qarşılanmadı.

İllərlə kommunal xidmət haqları ödənməyib

Həmçinin məlum oldu ki, illərdir ki, Nardaran sakinlərinin həm “Azərişıq” a, həm də “Azəriqaz” a borcları var imiş. Elə buna görə də, həmin günlərdə qəsəbəyə işığın verilişi “Azərişıq” ASC tərəfindən dayandırıldı.
Qurumdan bildirilib ki, bu günə kimi Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var. Belə ki, 2015-ci ilə qədər bu borcun məbləği 37 milyon 966 min manat olub. Bu ilin 10 ayında isə 4 milyon 300 min manat elektrik enerjisi ilə bağlı borc yaranıb.

Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1 milyon 376 min manat təşkil edir. Bunun 387 min 330 manatı 2013-cü il, 558 min 624 manatı 2014-cü il, 450 min 363 manat isə bu ilin 10 ayı üçün olub.
Hazırda isə qəsəbədə sakitlik hökm sürür. Maraqlıdır, prezidentin imzaladığı sərəncamdan sonra qəsəbədə vəziyyət necə olacaq, nə dəyişəcək?

“Hamı istəyir ki, Nardaranda da sabitlik olsun”

Sabunçudan seçilən deputat Eldar Quliyev qəsəbə sakinləri adından sərəncama görə ölkə başçısına minnətdarlığını bildirib: “Qəsəbədə abadlıq işlərinin görülməsi, sosial mədəni infrastruktrun yenilənməsi , sosial problemlərin həlli üçün 12 milyon manat pul ayrılıb. 1000-ə yaxın ailənin elektrik enerjisi bərpa edilib. Qəsəbə sakinləri ilə müqavilə bağlanılıb. Həmçinin Azərbaycan hökuməti “Azərişıq”, “Azərsu”, “Azəriqaz” və “Azəryolservis” kimi qurumlara tapşırıq verib ki, qəsəbədəki sosial problemlərin həlli istiqamətində tədbirlər görsünlər. Hələ ki, işıq borcları dondurulub. Bu gündən başlayaraq yaranan borcları isə sakinlər ödəməlidirlər.Tarixi abidələrin, yolların bərpası, mədəniyyət evinin təmir olunması üçün işlər görüləcək”.

Millət vəkili qəsəbədə gələcəkdə iş yerlərinin açılması təklifi ilə çıxış etdiyini də vurğulayıb : “Həm qadınlar, həm də kişilər üçün iş yerləri açılsa, bu yaxşı nəticə verər. Hamı istəyir ki, hər yerdə olduğu kimi, Nardaranda da sabitlik olsun. Sakinlər kin-küdurətdən uzaq olsunlar, təxribata uymasınlar. Ayrı-ayrı dövlətlərdə öyrədilib göndərilmiş insanlarla təmasda olmasınlar. Nardaranda da normal həyat səviyyəsi olmalıdır. Qəsəbədə polis məntəqəsi açıldı. Müxtəlif dini yazılar yığışdırıldı. Qəsəbəyə intensiv şəkildə nəzarət olunur”.

Qəsəbə kart sisteminə keçirilir

“Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, qurumun əməkdaşları bir müddətdir ki, Naradaran qəsəbəsində işləyirlər: “Əməkdaşlarımız işlək qaz xətlərini təmizləyirlər. Eyni zamanda xətlərə qeyri-qanuni birləşdirilmələri aradan qaldırırlar. Mənzillərə texniki baxış keçirilir. Sayğac quraşdırılır. Abonentlərlə yeni müqavilələr bağlayaraq təbii qazın verilişini bərpa edirlər. Zaman keçdikcə qəsəbəyə qazın verilişi tam bərpa ediləcək. Çünki mənzillərə texniki baxışın keçirilməsi, sayğacların quraşdırılması mərhələli şəkildə həyata keçirilir”.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, Nardaran qəsəbəsində paylayıcı şəbəkə əlavə müdaxilələrdən, enerji oğurluğunu həyata keçirən xətt və avadanlıqlardan təmizlənib: “Qəsəbəyə sim kartlı “AzərCell” sayğaclar quraşdırılıb. Borcunu tanıyan, SMS sayğacı enerji haqqı ilə yükləyən hər bir abonent avtomatik elektrik enerjisi ilə təmin edilir. Eyni zamanda qəsəbədə elektrik enerjisinin dayandırılması borca görə idi. 10 il ərzində 2% borc ödənilib, 42 milyondan çox isə borc yaranıb. Abonentlərdən borcların ödənilməsi xahiş olunub. Sərəncamdan irəli gələn bütün vəzifələr vaxtında yerinə yetiriləcək”.

Küçələr genişləndirilir

“Azəryolservis” ASC-nin Mətbuat xidmətinin rəhbbəri Anar Nəcəfli ilkin olaraq qəsəbədə Abşeron və Nəsrullah Əsgərov küçələrində təmir işlərinə start verildiyini vurğulayıb: “Hər iki küçənin birlikdə uzunluğu 3 km-dir. Abşeron küçəsinin uzunluğu 2250 metr, digər küçənin uzunluğu isə 780 metrdir. Küçələr çox dar olduğu üçün onun genişləndirilməsi işləri aparılır. Küçələrdən biri 14 metr, digəri isə 12 metr enində olacaq. Hər iki istiqamətdə piyadaların hərəkəti üçün səkilər və işıqlandırma sistemləri qurulacaq. Sərəncama uyğun olaraq, digər küçələrdə də müvafiq işlər aparılacaq”. ( qafqazinfo.az )

İnterpress.az