Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nardaran hadisələrinə münasibət bildirərkən deyib.
Şeyxülislam qeyd edib ki, onlar islamın adından istifadə edirlər: \”Onlardan soruşmaq lazımdır ki, siz Azərbaycan üçün nə etmisiniz? Mənim Nardaranda çoxlu dostlarım var. Onlar çox qonaqpərvər insanlardır. Və mən çox təəssüf edirəm ki, Taleh kimi adamlar Nardarandakı insanların qonaqpərvərliyindən başqa məqsədlər üçün istifadə edir\”.
A.Paşazadə bildirib ki, ətrafda olan bəzi dövlətlərin Azərbaycanı gözü götürmür: “Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr bizim daxilimizdə din amilindən istifadə edib çaxnaşma yaratmağa çalışırlar. Biz şükür etməliyəm ki, ölkəmizdə firavanlıq hökm sürür. Bir sıra qanunlar qəbul edilirsə, qanunlara əlavə və dəyişikliklər edilirsə, deməli, belə məsləhətdir. Hər dövlət öz təhlükəsizliyini qorumalıdır\”.
Şeyx daha sonra \”Günəşli\” yatağında baş vermiş faciəyə toxunub: \”Günəşli\” yatağında baş verənlər bizim üçün imtahan idi. Çox böyük dərddir. Allah ölənlərə rəhmət eləsin, yaxınlarına səbr versin! Orada ölənlərin hamısı bizim balalarımız idi\”. ( trend.az )
İnterpress.az