Bunu \”Azərbaycan Beynəlxalq Bankı\” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində qeyd edib.
Ə.Hacıyeva vurğulayıb ki, qardaşı sabikralara dəstək üçün verilən bütün kreditləri layihələrin həyata keçirilməsinə xərcləyib: “Çox hörmətli, möhtərəm cənab Prezident! Bu müraciəti Azərbaycan qadını, eyni zamanda Sizin siyasi kursunuza sadiq qalan Hacıyev Cahangir Fevzi oğlunun ailəsi adından yazıram. Heç sübhəsiz ki, Azərbaycan Respublikası öz iqtisadi inkişaf tempi ilə nəinki regionda, hətta dünya səviyyəsində öz qabaqcıl mövqeyini qorumaqdadır. Bu inkişafın isə yalnız bir səbəbi var: bu Sizin həyata keçirdiyiniz dinamik, dünyəvi siyasətin nəticəsidir. Bu dinamik inkişafda azacıq da olsa Hacıyev Cahangir Fevzi oğlunun rolu, əməyi vardır. Qardaşım hər zaman Sizin siyasəti dəstəkləyib, böyük önəm verdiyiniz iqtisadi sahənin inkişafı üçün öz vəzifəsini vicdanla yerinə yetirib. Sabikralara dəstək üçün verilən bütün kreditlər layihələrə xərclənib. Bu gün bunu əyani sübut etmək mümkündür. Düzdü, verilən kreditlərin dünyada gedən iqtisadi geriləmə səbəbiylə müəyyən hallarda qaytarılmasında ləngimələrlə müşahidə olunur. Bu kreditlər də müəyyən layihələrə yatırılıb. Çox təssüflər olsun ki, onun vəzifədən kənarlaşdırılması və həbs olunması layihələrin həyata keçirilməsinə, tamamlanmasına, xüsusən də problemli kreditlərin həll edilməsinə mənfi təsir etməkdədir\”.
Ə.Hacıyeva müraciətində bildirib ki, qardaşı C.Hacıyev 2015-ci ilin dekabrın 4-dən həbsdədir və hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: \”Onun həbsi isə yuxarıda qeyd etdiyim kimi layihələrə, həmçinin mübahisəli məsələlərin müsbət həllinə maneçilik yaratmaqdadır. Digər tərəfdən isə həll oluna biləcək bir məsələdən dolayı uzun müddət dövlətçilik ənələlərinə və Sizin siyasi kursunuza sadiq bir məmurun həbs edilməsi ailəmizi çox sarsıdır. Sizi əmin etmək istəyirəm ki, Sizə verilən məlumatlar reallğı əks etdirmir. Kimlərinsə şəxsi ambisiyalarına məhz Cahangir Hacıyev amili maneə olduğu üçün onun barəsində Sizə yanlış məlumat verirlər, eyni zamanda mətuata dezinformasiya ötürürlər. Bu ambisiyaların arxasında duran şəxsin kim olduğu bizə məlumdur və mətbuata gedən reallıqdan uzaq informasiyalar da məhz fürsətçi şəxslərin göstərişi ilə yayılır\”.
İnterpress.az
Həbsdə olan bankin bacısı müraciətində daha sonra qeyd edib: \”Bunu bir vətəndaşın, Azərbaycan xanımının müraciəti olaraq qəbul edin. Sizdən xahiş edirik ki, qardaşım Hacıyev Cahangir Fevzi oğlunun həbsdən azad olunmasına kömək edəsiniz, siyasi kursunuza sədaqətli bir şəxs kimi ona problemlərin həllinə öz tövhəsini verməsinə şans verəsiniz. Çünki o, işlədiyi dövr ərzində Sizə sadiq olub, ölkəmizin adını yüksək tutub, bir çox nominasiyalar üzrə savadlı menecer kimi Azərbaycanımızı müsbət mənada tanıdıb. Onun təltif edildiyi mükafatlar arasında Kraliçə Yelizaveta adına verilən \”İlin meneceri\” mükafatı (MDB məkanında tək bu təltifnamənin sahibi), MDB-nin Bankçılar Assosiasiyasının həmsədri təltifi, Məhşur Biznes və Menecement İnstutu tərəfindən \”İlin adamı\” , GUAM və MDB Banklar Şurası tərəfindən verilən bir çox fəxri adlar var. Bundan əlavə olaraq o, iqtisadiyyat üzrə elmlər namizədi, hazırda MDB ölkələrinin maliyyə-bank şurasının birinci vitse-prezidenti, Harvard Universiteti Belter mərkəzinin “düşünən adam” mükafatının laureatıdır. Əlbəttdəki onun əsas xidməti qeyd etdiyimiz kimi dövlətçilik ənənələrini yaşatması və Sizin siyasi kursunuza sadiq olmasıdır.
Sizdən xahiş edirəm bu məsələlərin həll olunması üçün qardaşın Cahangir Hacıyevin azadlığa çıxmasına kömək edəsiniz. Bu məktubu yazaraq Sizin tolerant və məhrəmət hissinizə sığınır və Sizdən bir qadın kimi imdad diləyirəm. Ümid edirəm ki, qardaşımın azadlığıa çıxmasına köməklik edəcək, ona problemlərin həllində, eyni zamanda yarımçıq qalan layihələrin tamamlanmasına şans verəcəksiniz\”. ( report.az )
İnterpress.az