Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü Zabil Camal oğlu Allahverdiyev hündürmərtəbəli binada təmir işləri apararkən yerə yıxılıb. Ağır kəllə-beyin travması alan Z. Allahverdiyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az