Vətəndaş Həmrəyliyi Partiyası 21 Azəri Hərəkatını yad etdi – VİDEObackend

Vətəndaş Həmrəyliyi Partiyası 21 Azəri Hərəkatını yad etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Hökuməti və ya 21 Azər Hərəkatı — 1945-ci ilin dekabr ayının 12-də yarandığı üçün hər il bu günü vətənpərvər azərbaycanlılar xüsusi coşqu ilə qeyd edir. İnterpress.az-ın verdiyi xəbərə görə, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bu gün Beynəlxalq Mətbuat Mərkəzində 21 Azəri Hərakatının ildönümünü qeyd etdi. Hərakatın himni ilə açılan tədbirdə giriş sözü ilə çıxış edən VHP sədri Sabir Rüstəmxanlı bu tarixin önəmindən danışdı: “Bu möhtəşəm və böyük bir tarixdir. İllərlə müzakirə olunan bu tarix qürur mənbəyimizdir. Çünki bir xaqlın öz azadlığı yolunda mübarizəsinin təntənəsi idi. İranın demokratikləşməsi üçün başlanılan mübarizənin yüzlərlə şəhidi oldu. Onlar Azərbaycanı müstəqil dövlət kimi qəbul edirdilər. Bu tarixə kölgə salmaq olmaz. Çünki 21 Azəri Hərəkatı əslində arzularımızın çin olacağına bizi inandırır”. Qeyd edək ki, 21 Azəri Hərəkatı 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərib. AMH-nin paytaxtı Təbriz şəhəri olub, cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olub. İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İrana daxil olması ilə yekunlaşdı. Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Bu gün VHP-nin bu münasibətlə BMM-də keçirdiyi tədbirdə ölkəmizin siyasi partiyalarının rəhbərləri və digər tanınmışlar iştirak etdi.

Vətəndaş Həmrəyliyi Partiyası 21 Azəri Hərəkatını yad etdi - VİDEO

Vətəndaş Həmrəyliyi Partiyası 21 Azəri Hərəkatını yad etdi - VİDEO

Vətəndaş Həmrəyliyi Partiyası 21 Azəri Hərəkatını yad etdi - VİDEO

Vətəndaş Həmrəyliyi Partiyası 21 Azəri Hərəkatını yad etdi - VİDEO

Arzu
Interpress.az