Xəzərdə itkin düşən neftçilərin axtarışları davam etdirilirbackend

Xəzərdə itkin düşən neftçilərin axtarışları davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Günəşli\” yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışı bu gün də davam edir. Axtarışlara bu gün səhər tezdən başlanılıb. Hazırda əməliyyatlara həm Fövqəladə Hallar Nazirliyinin, həm də Sərhəd Qoşunlarının vertolyotları, gəmilərlə davam etdirilir, dalğıclar gəliblər\”.

Bunu \”Azneft\” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov deyib. Onun sözlərinə görə, digər ölkələrlə də əlaqələr var, onlar da axtarış aparırlar. Lakin hələlik axtarışlarda heç bir yenilik yoxdur.

İkram Qurbanov həmçinin qeyd edib ki, hava nisbətən mülayimləşsə də axtarışlar üçün tam əlverişli deyil.(anspress)

İnterpress.az