Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcəkbackend

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə xarici işlər naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə günün aktual və vacib məsələlərini müzakirə edəcəklər: \”Üçtərəfli görüşdə bizim bir çox istiqamətlərdə əməkdaşlığımız barədə aktual məsələlər müzakirə olunacaq. İlk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin vəziyyəti və \”İpək Yolu\” layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-loqistika layihələr və başqa vacib məsələlər müzakirə olunacaq\”.

Interpress.az