Göyçayda avtomobil 5-ci sinif şagirdini vuraraq öldürübbackend

Göyçayda avtomobil 5-ci sinif şagirdini vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Mırtı kəndində qeydə alınıb. Rayon sakini Ayaz Osmanov idarə etdiyi 99-EV-471 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə hərəkətdə olarkən velosipedlə qarşısına çıxan Mırtı kənd sakini, 2004-cü il təvəllüdlü Əzizov Pərvin Saqif oğlunu vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Pərvin Əzizov təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Mırtı kənd orta məktəbinin 5-ci sinif şagirdi Pərvin Əzizov orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Interpress.az