Bu gün Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 137 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4495 yuan təşkil edib.
Qeyd edək ki, bundan əvvəl yuanın devalvasiyası dekabrın 10-da baş verib. Həmin vaxt Çinin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi 6,42 yuana bərabər olub.
Ümumiyyətlə, bu il ərzində Çin Xalq Bankı ilk dəfə avqustun 11-də yuanın devalvasiyası ilə bağlı qərar qəbul edib. Bundan sonra üç gün ərzində Çinin milli valyutası dolara nisbətdə 4,6% ucuzlaşıb.
Interpress.az