MNX-nın mətbuat katibi Aytən Fətəliyeva açıqlamasında bildirib ki, hazırda xəstəxanada 20 neftçi müalicə alır: “Dekabrın 12-də ambulator müalicəyə göndərilən neftçilərdən bir neçəsi yenidən xəstəxanaya müraciət etdi. Faiq Cəfərov isə müalicəsi başa çatdığına görə evə buraxılıb. Ümumilikdə neftçilərin vəziyyəti normaldır və onlar psixoloq müayinəsindən keçirlər. Heç kimin səhhətində pisləşmə yoxdur”.
Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.