Rusiyalıları işdə tualetdə çox qalmağa görə işdən çıxaracaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə rusiyalı hüquqşünaslar xəbərdarlıq edib.
Hüquqşünasların sözlərinə görə, tualetə adi gediş-gəliş qayda pozuntusu sayılmır. Lakin işçi orada normadan artıq qalır və bu səbəbdən iş fəaliyyəti zərər görürsə, işəgötürən töhmət və ya cərimə tətbiq edə bilər.
Əgər belə hallar təkrarlanarsa və vəzifə öhdəlikləri yerinə yetirilməzsə, işdən azad edilmə mümkündür. Yeganə anlaşılan səbəb isə qida zəhərlənməsi ola bilər.
Xuraman Etibarlı
İnterpress.az