Bunu Türkiyənin Gürcüstandakı səfiri Ləvənt Gümrükçü deyib.
Səfir qeyd edib ki, bu yüklər limanlara aparılmadan 7 gün müddətinə Türkiyəyə çatdırılacaq: \”Bu layihənin həyata keçirilməsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə Avropa və Asiya arasında körpü rolunu oynayacaq. Çindən gələn yük qatarı həftədə bir dəfə mart ayınadək Koreya mallarını gətirəcək və mart ayından sonra həftədə iki dəfə yük daşınacaq. Gələn il Bakı-Tbilisi-Qarsın yekunlaşmaq üzrə olan hissəsini tamamladıqdan sonra daha çox ticarət etmək imkanına sahib olacağıq. Bu, geosiyasi və geoiqtisadi mənzərəni dəyişdirəcək bir addımdır\”.
Diplomat əlavə edib ki, Bakı-Tbilisi-Qars layihəsinin icrası ləngiyir: \”Bəli, Türkiyə tərəfdə dəmir yolunun tikintisi ləngiyir. Bunu qəbul etmək lazımdır. Təəssüf ki, Türkiyə tərəfdə tikintidə çalışan şirkətlər arasında hüquqi bir anlaşılmazlıq olub və tikinti 6-7 ay ləngiyib. Lakin son həftələrdə bu hüquqi anlaşılmazlıq çözülüb və tikintidə aparılan işlər təkrar bütün gücü ilə həyata keçirilir. İndi yeni hökumət qurulub və yeni hökumətin üzvləri bu layihənin tez bir müddətə başa çatdırılması qərarına gəliblər. Əminəm ki, gələn ilin sonunadək layihənin tikintisini sona çatdıracağıq və qatarın işə düşməsinə nail olacağıq\”.