Bunu Mərkəzi Neftçilər Xəstəxanasının mətbuat katibi Aytən Fətəliyeva deyib. O, bildirib ki, hazırda xəstəxanada müalicə alan neftçilər həkimlərin nəzarəti altındadır: “Xəstələrin hazırki vəziyyəti stabildir. Onların hər biri həkimlərin nəzarəti altındadır. Hazırda xəstəxanada 20 nəfər müalicə alır. Dekabrın 12-i yalnız Faiq Cəfərov evə buraxılıb”.
Aytən Fətəliyeva qeyd edib ki, neftçilərin bir qismi bu həftə evə buraxılacaq: “Xəstələr həm tibbi, həm də psixoloji müalicə alırlar. Hazırda onlarla psixoloqlar işləyir. Əsasən onlara sakitlik lazımdır. Onlar üçün lazımi sakitçiliyi təşkil etmişik. Bu səbəbdən artıq çəkilişlərə icazə vermirik. Həkimlər onların tam sağalması üçün əllərindən gələni edirlər. Onlar üzərində gündəlik müayinəlar aparılır. Yəqin ki bu həftə bir neçə nəfər evə buraxılacaq. Amma neçə nəfərin buraxılacağı dəqiqləşdirilməyib”.
İnterpress.az