Fransada növbəti terrorbackend

Fransada növbəti terror

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Parisin şimal qərbindəki Aubervilliers mikrorayonunda b aş verib.
İnterpress.az-ın verdiyi xəbərə görə, əlində kağızkəsən bıçaq və qayçı olan terrorçu orta məktəbə hücum edib. Əyninə rəngsaz tulumu və qar maskası geyinən silahlı sinifdəki müəllimi boğazından yaralayıb.
Polis 45 yaşlı müəllimin aldığı yaranın həyatı üçün təhlükəli olmadığını bildirib.
“AFP”nin verdiyi xəbərdə deyilir ki, silahlı şəxs müəllimi bıçaqladıqdan sonra “bu İŞİD üçün xəbərdarlıq” deyə bağırırmış. Hazırda silahlının həbs edildiyi bildirilir.
Qeyd edək ki, Fransada noyabrın 13-də İŞİD terrorçularının törətdiyi terrorda 130 nəfər həyatını itirib.

İnterpress.az