İranın Azərbaycandakı səfirliyindən bildirilib. Səfirlikdən deyiblər ki, aksiya Təbriz şəhərində keçirilib: “Təbrizdə olan hadisə dövlətin rəsmi mövqeyini əks etdirmir. Dövlətin rəsmi mövqeyi Xarici İşlər Nazirliyinin bu hadisə ilə bağlı verdiyi bəyanatında öz əksini tapır”.
Qeyd edək ki, İranın “Səhər TV” kanalı bir qrup insanın Nardaran hadisələri ilə bağlı Azərbaycanın Tehrandakı səfirliyi önündə etiraz aksiyası keçirməsi barədə xəbər yayıb.
İnterpress.az