Təmir-bərpa işləri ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində aparılır.
Bununla bağlı bu gün Qubada ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın iştirakı ilə tədbir keçirilib. Tədbirdə görüləcək işlər barədə məlumat verilib. Səfir həyata keçirilən layihənin hər iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Qeyd edək ki, inşası 18-19 əsrlərə təsadüf edən Gümbəzli Hamam Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir. Hamam 1985 -ci ilə qədər əhalinin istifadəsində olub.
İnterpress.az