Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirilibbackend

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində müşavirə keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müşavirədə “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən dünyaya tanıdılmasının 200 illiyi ilə bağlı prezident İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn tədbirlərin icrası müzakirə olunub.

K. Abdulla qeyd edib ki, bu günlərdə Multikulturalizm Mərkəzi alman şərqşünası Henri Fridrix fon Dits tərəfindən alman tərcümə edilərək ön söz yazdığı “Basatın Təpəgözü oldürməsi” boyu kitabını 25 dilə çevirərək nəşr edib. Dekabrın 17-də bu mövzuda Almaniyanın Drezden şəhərində, dekabrın 22-də isə Bakıda yekun konfrans keçiriləcək.

Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək Azərbaycan eposu olan Dədə Qorqud dastanın dünya epos düşüncəsinə bir nümunə olduğunu vurğulayıb.

Mədəniyyət və turizm nazirinin muavini Ədalət Vəliyev ölkə başçısının sərəncamına uyğun olaraq məsul olduqları yekun tədbirin proqramı və xarici ölkələrdən gələn qonaqların tərkibi barədə məlumat verib.

İnterpress.az