Noyabr ayında Azərbaycanda ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 15%-dək artaraq 153,22 manat olub.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin 47,6%-i, yəni 222 028 nəfəri yaşı 18-dək olan şəxslərdir ki, onlardan 5 178 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmçinin bu yardımları alan ailələrin 30 442-i (28,1%) tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 5 441 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə əlavə olaraq aylıq sosial müavinət də ödənilir.
Interpress.az