Fuad Qəhrəmanlı “ev dustağı” ola bilərbackend

Fuad Qəhrəmanlı “ev dustağı” ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi heç bir əsas gətirmədən şikayəti rədd edib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb: \”Təbii ki, biz bununla bağlı növbəti, mərhələli addımlarımızı davam etdirəcəyik. Yaxın günlərdə Nəsimi rayon məhkəməsinə ərizə ilə müraciət edərək Fuad Qəhrəmanlının istintaq müddətində ev dustağı edilməsi barədə qərar çıxarmasını xahiş edəcəyik. Əgər Nəsimi rayon məhkəməsi ərizəmizi təmin etməsə, prosessual qanunvericiliyə uyğun olaraq digər addımlar atacağıq\”.

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması – zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sadəcə sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Dekabrın 14-də Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə F.Qəhrəmanlı barəsində Nəsimi rayon məhkəməsinin çıxardığı qərardan verilən apelyasiya şikayətinə baxılsa da, hakim şikayəti təmin etməyib.

İnterpress.az