Türkmen Dağı komandirindən Türkiyəyə çağırış!backend

Türkmen Dağı komandirindən Türkiyəyə çağırış!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Strateji Gənclik proqramında bu həftə Türk Dünyası Türkmən Bəyi Dr. Xəlil Uluər və Türkməndağı Komandiri \”Polkovnik Əbu Fadıl\” qonaq oldu. Əbu Fadıl, Rus kəşfiyyatının ölüm siyahısında yer alması, bölgədəki əməliyyatlar və təhlükəsizlik səbəbiylə proqrama canlı telefon bağlantısı ilə qatıldı.

Video hazırlanır
Strateji gənclik proqramına canlı telefon bağlantısı ilə qatılan Türkməndağı Komandiri \”Polkovnik Əbu Fadıl\” Türkmənlər olaraq Türkiyədən böyük dəstək aldıqlarını, Türkiyənin hər zaman yanlarında olduğunu dilə gətirib. Xüsusilə rusların və Əsəd güclərinin bölgədə təxminən 25 – 30 minə qədər yaşayan Türkmen əhalisini demoqrafik olaraq köçə məcbur etmək istədiyini və bölgəni ələ keçirmə məqsədləri olduğunu ifadə etdi.

Türkiyəyə çağırış
Qarşıdurmalar səbəbiylə Kızıldağ və kürd dağında Rusiyanın hava əməliyyatlarını artırdığını və qurudan Əsəd güclərinin hücumları səbəbiylə döyüşün çox çətin keçdiyini ifadə edən Əbu Fadıl, Türk xalqından yardımlarını və dəstəklərini daima davam etdirmələrini istədiklərini söyləyərək, gövdələrini \’Allahın izni ilə İslam düşməni imperialistlərə qarşı sipər edəcəklərini\’ ifadə etdi.

Uzun illərdir Türk dünyasında işlər görən, Türk dünyası liderləriylə dialoqlar təşkil edən Dr. Xəlil Uluər isə: \”Türkiyə geopolitik mövqeyi etibariylə bölgənin ən güclü dövləti və dünyada gözlərin üzərinə çevrildiyi qaynar xəttin kilid nöqtəsidir. Türkiyənin bölgədə sabitliyi təmin edə biləcək prinsiplərə sahib olması, bəzi xarici qüvvələr Türkiyənin xarici siyasətdə \’qırmızı xəttlərimiz \’deyə açıqladığı xarici siyasət həmlələrini zədələyərək, Türkiyənin bölgədə sabitliyini pozmaq məqsədi qoymaqdadır. Ancaq Türkiyə xalqı və hökuməti bu hiyləgər planların tələsinə düşməyib\” dedi. Uluər, Türk Milləti və Türk Dövlətinin əsrlərdən bu yana Yaxın Şərqdəki bu qədim mədəniyyətlərə ev sahibliyi etdiyini və dünyada sülhü, əmin-amanlığı, qardaşlığı təmin edən tarix boyunca tək dövlət olduğunu ifadə etdi.
Bir saat davam edən proqram, Türkmen cəbhəsində və siyasi kulis böyük əks-səda oyandırdı.

İnterpress.az