Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub.
Məqalədə bildirilir ki, baş vermiş yanğınların operativ söndürülməsi nəticəsində 14 338 ədəd yaşayış və digər təyinatlı tikili, o cümlədən 2 629 057 kv.m. tikili sahəsi, təqribən 105 min hektara yaxın meşə sahəsi, 862 min hektara yaxın taxıl zəmisi, 16 min başa yaxın mal-qara yanğından mühafizə olunub. Açıq sahələrdə, xüsusilə də dağətəyi yamaclarda baş vermiş yanğınların 43 kənd yaşayış məntəqəsinə keçməsinin qarşısı alınıb. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 6436 nəfər zərərçəkmiş xilas edilib, 952 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib, 3818 nəfərin hadisə yerindən təxliyəsi həyata keçirilib. Dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 2466 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 1446 nəfər olmaqla cəmi 3912 nəfər xilas edilib. Görülən tədbirlər sayəsində son 5 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halı baş verməyib.
Interpress.az