İnterpress.az-ın xarici mediyaya istinadən verdiyi xəbərə görə, ölkənin şiə lideri Şeyx Zəkzakinin həyat yoldaşı və oğlundan başqa 300 müsəlmanı öldürüb.
Nigeriyadakı İslam Hərəkatının da bu qətliamda əli olduğu iddia edilir.
Dünya mətbuatının qınadığı olaya aydınlıq gətirmək üçün Nigeriya ordusu maraqlı arqument ortaya atıb: “Şiələr yolu kəsdiyi üçün öldürülüb”.
Xəbərdə o da deyilir ki, Şeyx İbrahim Zəkzakinin evinə dekabrın 12-də Nigeriya hökumətinin basqını zamanı o, ağır yaralanıb. Gözlərinin önündə oğlunu və həyat yoldaşını da qətlə yetiriblər. Hazırda Şeyx Zəkzakinin harda olduğu bəlli deyil..
Qeyd edək ki, Nigeriyadakı şiələrin lideri Şeyx Zekzakinin iki oğlunu da elə dövlətin ordusu qətlə yetirmişdi.
Bu ölkədə hakmiyyətə yaxın olan “Boko Haram” terror təşkilatı isə İŞİD-ın Nigeriya bölməsi kimi fəaliyyət göstərir. Adıçəkilən terror təşkilatının törətdiyi vəhşətləri seyr etmək mümkün deyil.
Abuzər
Interpress.azhttps://youtube.com/watch?v=QUo9qiMbeNAhttps://youtube.com/watch?v=EVR8vNfz2g0