İŞİD-ın qara zindanları aşkarlandı-VİDEObackend

İŞİD-ın qara zindanları aşkarlandı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terrorçuların əsir götürdüyü yezidi qadınları saxladığı zindanlar tapılıb. İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, çölün ortasında, qumun içində açılmış dəliklərə dəmir qapılar qoyulub. Bir adamın zorla sığışa biləcəyi bu dəlikləri İŞİD terrorçuları seks köləsi etdikləri yezidi qadınları saxlamaq üçün düzəldiblər.
Terrorçular cihad adına Sincar dağlarında yaşayan yezidi ailələrdəki kişiləri, qocaları, uşaqları öldürdükdən sonra gənc qadınları seks köləsi etmək üçün əsir götürüblər.
İnsanın qanını donduran bu zindanlar “SkyNews” televiziyası vasitəsilə yayımlanıb. Xəbərdə deyilir ki, bir adamın ancaq ayaq üstə dayana biləcəyi hücrələrdə qadınlar yemək yeyir və ayaq üstə yatırmışlar.
Amma bu dəhşətli görüntüləri seyr edənləri daha çox sızladan hücrələrdən birindəki rəsmlər olub. Əsir qadınlardan biri zindanın divarına bir bağçalı ev, ağac, avtomobil və xeyli heyvan rəsmləri cızaraq, sanki keçmiş xoş günlərini xatırlamağa çalışıb.
Bu rəsmi çəkən qadının başına nə qədər qorxunc olaylar gəldiyi, bu anda harada olduğu bilinmir. O, bəlkədə artıq həyatda yoxdur. Digər əsir düşən və taleyi qaranlıq qalan qadınlar kimi…

İŞİD-ın qara zindanları aşkarlandı-VİDEO

İŞİD-ın qara zindanları aşkarlandı-VİDEO

İŞİD-ın qara zindanları aşkarlandı-VİDEO

Abuzər
İnterpress.az
https://youtube.com/watch?v=gHuSGJS2DLw