İnterpress.az güney mətbuatına istinadən xəbər verir ki, Mustafa Pərvin, Salih Piçqanlu, Tohid Əmir Əmini, Meysəm Colani və Murtaza Pərvin, “Şərdari” komandası ilə Hormozqanın “Alüminium” takımı arasında keçirilən futbol yarışında azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən plakatlar qaldırdıqlarına görə saxlanılıblar.
Son məlumata görə, adlarını çəkdiyimiz fəallar Ərdəbil Cinayət Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən millətçi şüarlar səsləndirməklə ümumi asayişi pozmaqda günahlandırılıb. Fəallar qeyd etdiyimiz ittihama görə 30 zərbə şallaq və 3 ay həbs cəzasına məhkum edilib.
Azərbaycanlı fəallar qiyabi olaraq həbs və şallaq cəzasına məhkum edilib. Onlar 20 gün ərzində çıxarılan məhkəmə hökmünə etiraz edə bilərlər.
Qeyd edək ki, adlarını çəkdiyimiz hazırda fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarına qatıldıqlarına görə rejimin təcridxanalarında saxlanılır.
İnterpress.az