Ölkəyə 12 600 ədəd pirotexniki vasitəni qaçaq yolla gətirən Balakən sakinləri saxlanılıbbackend

Ölkəyə 12 600 ədəd pirotexniki vasitəni qaçaq yolla gətirən Balakən sakinləri saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DSX-dan verilən məlumata görə, dekabrın 12-də saat 01.00 radələrində Biləsuvar rayonu Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədin­dən qaçaq yolla Azərbaycana gətirilmiş 1500 qutu “MM” siqaret­lə­ri­ni gizlədilmiş yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılıb.

Həmin gün saat 22.40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazi­sin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayə­sin­də 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azər­bay­cana gəti­rərkən Balakən rayon sakinləri Əliyev Rama­zan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterpress.az