Nigeriyada ordunun 300-dən çox müsəlmanı qətlə yetirməsinə və şiələrin lideri Şeyx İbrahim Zəkzakinin ailəsinə basqın edilməsinə etiraz edən İran prezidenti Həsən Ruhani müsəlmanların vəhdət halında yaşamasının vacibliyini bildirib.
İnterpress.az-ın xarici mediyaya istinadən verdiyi xəbərə görə, prezident Həsən Ruhani Nigeriya prezidenti Məhəmməd Buxari ilə telefon bağlantısı qurub və bu ölkədə baş verən müsəlman qətliamının araşdırılması üçün Nigeriya hökumətinin komisiya yaratmasını önə çəkib.
O, Nigeriya prezidenti Məhəmməd Buxariyə baş verən faciənin böyüklüyünü anladıb.
Həsən Ruhani Şeyx Zəkzakinin ailəsinə Nigeriya ordusunun basqınını və onun gözlərinin qarşısında ailəsinin qətl edilməsininislam dininə və insanlığa uyğun olmayan addım adlandırıb. Nigeriya prezidenti də öz növbəsində ölkəsində baş verən müsəlman qətliamını pisləyib və ölçü götürəcəyinə söz verib.
Abuzər
İnterpress.az