Pakistan səfirliyi yaranmış beynəlxalq anlaşılmazlığı İnterpress-ə açıqladıbackend

Pakistan səfirliyi yaranmış beynəlxalq anlaşılmazlığı İnterpress-ə açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın başçılıq etdiyi 65 ölkədən ibarət koalisiya sırasına “Terrora qarşı İslam ittifaqı” adlı daha bir qurum da əlavə edildi. Bu ittifaqın üzvlərinin sayı isə hələlik 34 ölkədən ibarətdir. İndoneziya başda olmaqla 10-dan artıq dövlət isə ittifaqa dəstək verib. Lakin Pakistanın bu ittifaqa qoşulmasında böyük söz-söbət yarandı. Belə ki, ABŞ-ın nüfuzlu dərgilərindən biri Pakistan rəsmilərinin guya öz ölkələrinin adını bu ittifaqda görəndə mat qaldığını yazdı. Guya bu quruma Pakistanı ölkə rəhbərliyinin xəbəri olmadan daxil ediblər. Bu məsələyə aydınlıq gətirməkdən ötrü Pakistanın ölkəmizdəki səfirliyi ilə əlaqə saxladıq.
Səfirlikdən İnterpress.az-a verilən xəbərə görə, Pakistan tərəfi bu ittifaqa qoşulub, amma şərtlə. Pakistan səfirliyinin nümayəndəsi İqbal Abdullayevin saytımıza verdiyi açıqlama zamanı Pakistan hökumətinin terror qarşı birləşən ittifaqdan konsepsiya tələb etdiklərini dedi: “Pakistan tərəfi terrora qarşı birləşən ittifaqdan mübarizənin konsepsiyasını və mexanizmini tələb edib. Yəni ittifaqın terrora qarşı konkret hansı konsepsiya və mexanizmlə mübarizə aparması önəmlidir”.
İ.Abdullayev onu da bildirdi ki, mətbuatda Pakistanın ittifaqa xəbərsiz daxil edilməsi haqqında yayılan xəbərlər yanlışlıqdan başqa bir şey deyil.

Abuzər Azəroğlu