Berlində “Sol” partiyası müsəlman seçicilər arasında 51 faiz səs toplayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Forschungsgruppe Wahlen” məlumat yayıb.
Berlində keçirilən Abgeordnetenhaus seçkilərində “Sol” partiyası müsəlman seçicilər arasında səslərin 51 faizini əldə edib. Bu göstərici partiyanın ümumi nəticəsindən, 25,7 faizdən, təxminən iki dəfə çoxdur.
Müsəlman seçicilər arasında partiyanın dəstəyi əvvəlki seçkilərlə müqayisədə 36 faiz bəndi artıb.
BILD nəşri bu nəticələr fonunda partiyanın miqrasiya və vətəndaşlıq siyasətinin siyasi üstünlük yaradıb-yaratmadığını müzakirəyə çıxarıb.
Partiya miqrasiya və naturalizasiyanın genişləndirilməsini, federal səviyyədə isə beş il yaşayışdan sonra vətəndaşlıq almaq imkanının yaradılmasını və gəlir tələblərinin azaldılmasını müdafiə edir.
Xuraman Etibarlı
İnterpress.az






