Əliyevlə Sarkisyan görüşü başa çatdıbackend

Əliyevlə Sarkisyan görüşü başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində xəbər verib.

Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə qeyd edib ki, təkbətək görüşdən sonra Minsk qrupu həmsədrləri və Xarici işlər nazirləri otağa dəvət olunublar.

***
13:25

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarksyan arasındakı görüş bu dəqiqələrdə başlayıb.

AzNews.az Erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat katibi Vladimir Akopyan öz tvitter hesabında məlumat verib. Məlumata görə, İsveçrə hökumətinin qəbullar evinə ilk olaraq İlham Əliyev gəlib.

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərilə yanaşı hər iki ölkənin XİN rəhbərləri də iştirak edir.

İnterpress.az