Qiyamət gecə baş verəcəkbackend

Qiyamət gecə baş verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci dünya müharibəsindən sonra Nüvə Elmləri Bülleteni qurumu dünyanın üzləşdiyi təhlükələrin ciddiliyini qiyamət saatı ilə nümayiş etdirməyə qərar verib. Qiyamətin baş vermə anı şərti olaraq gecə saat 12 göstərilir. Son hesablamalar əsasında bir qədər də dəqiqləşdirmə aparılıb, qiyamət gecə saat 12-yə 3 dəqiqə qaldığı anda baş verəcək. Yəni, bəşəriyyəti yox edəcək fəlakətin baş vermə ehtimalı insanlara 3 dəqiqə qədər yaxındır.

Dünyanın sonunu yaxınlaşdıran səbəblər isə müxtəlifdir. Bəzi böhranların aradan qalxması qiyamət saatına müsbət təsir etsə də, regional gərginliklərin alovlanması, vətəndaş müharibələri sonun başlanğıcını yaratmağa kifayət edir.

Bildirilir ki, nüvə silahlarının artması və iqlim dəyişikliyi bəşəriyyət önündə ən ciddi problemlər olaraq qalır. İlk dəfə qiyamət saatı 23-53 göstərilirdi. Artıq insanların vaxt krediti də tükənmək üzrədir. Bu vaxtadək dünyanın dağılmasına ən yaxın olduğumuz zamanlara gəlincə, 1953-cü ildə Sovet İttifaqı ilə ABŞ arasındakı gərginlik fonunda qiyamət saatında fəlakətə 2 dəqiqə qalmışdı. Soyuq müharibənin pik həddə çatdığı 1984-cü ildə isə fəlakətin cəmi 3 dəqiqə uzaqlığında idik. İndi də demək olar ki, eyni vəziyyətdir. strateq.az