Çin şirkəti sahibini qorumaq üçün özünü qurban verməyə hazır robot-mühafizəçi təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə texnologiya sahəsində yayılan məlumatlarda bildirilib.
Çinin “Unitree” şirkəti H2-X Kung Fu Legend Guardian adlı robot-mühafizəçini təqdim edib.
Bildirilir ki, robot quldurlardan qorunmaq, altında insan qalmış avtomobili qaldırmaq və sahibini xilas etmək üçün özünü hərəkətdə olan avtomobilin altına atmaq kimi funksiyalara malikdir.
Robotun təlimatında onunla mehriban davranılması barədə ayrıca xəbərdarlıq da yer alıb.
Xuraman Etibarlı
İnterpress.az






