Almaniyada 900 əsgərin yeməyini robot-aşpaz HAZIRLAYIR – VİDEObackend

Almaniyada 900 əsgərin yeməyini robot-aşpaz HAZIRLAYIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada 900 əsgər üçün yemək hazırlayan robot-aşpaz sınaqdan keçirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Die Zeit” nəşri məlumat yayıb.

Almaniya Silahlı Qüvvələri süni intellekt texnologiyaları ilə işləyən CA-1 adlı avtonom robot-aşpazı sınaqdan keçirir. Layihənin məqsədi ictimai iaşə sahəsində süni intellektlə dəstəklənən avtomatlaşdırılmış mətbəx texnologiyalarının imkanlarını nümayiş etdirməkdir.

Hazırda təxminən 900 hərbçi robotlaşdırılmış mətbəxdən yemək sifariş edə bilir. Münhen şəhərində yerləşən “Circus Group” şirkətinin hazırladığı robotun sınaqları apreldən başlayıb.

Şirkətin təsisçisi və baş direktoru bildirib ki, sistem təxminən 7 kvadratmetr sahəni əhatə edən tam avtomatlaşdırılmış mətbəxdən ibarətdir. Burada iki robot qolu təxminən 30 bölmədə saxlanılan ərzaqları götürərək fırlanan bişirmə qablarına yerləşdirir.

Sensorlar yemək hazırlanması prosesinə nəzarət edir və ənənəvi mətbəxdə insan təcrübəsi tələb edən əməliyyatların avtomatlaşdırılmasına imkan yaradır.

Xuraman Etibarlı

İnterpress.az