3 ilin gəlinini qayınatası öldürüb? – Videobackend

3 ilin gəlinini qayınatası öldürüb? – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonu Çaylı kəndində müəmmalı ölümün təfəruatları bəlli olub. 1 uşaq anası olan Aytac Astanovanın atası qızının qayınatası tərəfindən öldürüldüyünü iddia edib.

Yenisabah.az xəbər verir ki, Space TV-də Amil Xəlilin təqdimaıtnda yayımlanan «Cinayətin İzi ilə» verilişi hadisənin baş verdiyi kəndə yollanıb. Aytacın atası Dilavər Astanov iddia edib ki, qızını qayınatası öldürüb, yaxud da ölüm həddinə çatdırıb. Bu iddia mərhumənin doğmaları tərəfindən də səsləndirilib. Daha sonra Aytacın qayınanası və qaynatası baş verənlərə aydınlıq gətirib. Qayına Həlimə xanım Aytacın ağıllı gəlin olduğunu, heç bir problemlərinin yaşanmadığını qeyd edib: «Aytac yaxşı gəlin idi. Yoldaşı Rusiyada yaşayırdı. İstəyirdi ki, o da Rusiyaya getsin. Oğlum söz vermişdi ki, aparacaq. Hər nə istəyirdi alıb verirdik. O zaman yaxşı qayınana-qaynata idik,  bir balaca acı söz işlədəndə pis olduq?»

Qayınatası İbrahim bəy isə gəlini ilə söz-söhbətinin heç vaxt yaşanmadığını, Aytacın özü-özünü öldürdüyünü qeyd edib.

Qeyd edək ki, Aytacın 2 yaşında Hüseyn adlı oğlu var. Nəvəsini görməyən Dilavər bəyi də teleaparıcı nəvəsi ilə görüşdürüb. Dilavər bəy rayon hüquq mühafizə orqanlarının onunla maraqlanmadığını da qeyd edib.

Həmin anları təqdim edirik.

3 ilin gəlinini qayınatası öldürüb?  - Video