Qeyri-standart düşüncə tərzini inkişaf etdirmək, yəni beyinin indiyədək aktiv olmayan hissələrini hərəkətə gətirmək insana çoxsaylı uğur qazandıra bilər. Beynin məşq etdirilməsi əslində bizdən o qədər də uzun vaxt tələb etmir. Buna gün ərzində 1-15 dəqiqə ayırsaq kifayət edər.
Öz beyninin inkişafına nail olmağın sadə bir yolu vardır. Dörd ədəd ağ vərəq götürün. Birinci vərəqdə adət etdiyiniz qaydada (normalda yazı yazmaq üçün hansı əldən istifadə edirsinizsə onunla) soldan sağa nəsə yazın. Daha sonra eyni məzmunu yenə də adət etdiyiniz qolla, bu dəfə isə əks istiqamətdə, məsələn sağdan sola ikinci vərəqin üzərinə yazın. Daha sonra isə eyni şeyi üçüncü və dördüncü kağızlarda, bu dəfə isə sizin üçün yazmağa vərdiş etmədiyiniz qolla yazın. Birinci kağız sizin can atmalı olduğunuz nümunə olmalıdır. Hər gün öz cəhdlərinizi təkrar edin və siz başqa cür düşünməyə başladığınızın şahidi olacaqsınız. Bu sadə çalışma sizin beyninizin gündəlik həyatda passiv davranış sərgiləyən və fəaliyyətdə olmayan hissələrini işə salmağa kömək edəcəkdir.
Nəticədə belə bir məşq sizə qeyri-standart qərarlar verməyə və hətta ən çətin situasiyadan asan çıxış yolu tapmaq imkanı verəcəkdir. Bu isə sizə həm işgüzar, həm də şəxsi həyatda dəfələrlə lazım olacaq. (moderator)
İnterpress.az