Bakıda həbsxanada məhkum öldübackend

Bakıda həbsxanada məhkum öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkum, 25 yaşlı İbrahimov Nurani Fuad oğlu dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, məlumatı APA-ya onun dayısı Əli Məmmədov verib. O, bildirib ki, hadisə ötən gecə baş verib və bir qədər əvvəl meyit Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən ailəsinə təhvil verilib. Bakının Hövsan qəsəbəsində yaşayan Nurani İbrahimov sabah dəfn ediləcək.

Nurani İbrahimov 2011-ci ildə Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, faktla bağlı rəsmi açıqlama sabah veriləcək.

İnterpress.az