Onurğanın boyun hissəsi bədənin ən əhəmiyyətli hissələrindən olduğu üçün bu bölgədə pozğunluqlar bütün orqanizmdə ciddi narahatlıqlara gətirib çıxarır.
Boyun hissə boyun, üz və kəllə sümüyü toxumalarını qidalandıran damarların və sinirlərin cəmləşdiyi mərkəzdir. Bu səbəbdən də sinir uclarının əzilməsi, zədələnməsi nəticəsində başağrıları, ətrafların keyləşməsi, əzələlərin zəifləməsi, tez yorulma kimi narahatlıqlar meydana çıxa bilər.
Boyun bölgəsinə tətbiq olunacaq təbii kompreslə bunların qarşısını almaq olar.