Avtoyuma mərkəzlərinin birində lentə alınan bu fotoda prezident administrasiyasının rəhbəri qırmızı şalvarda görüntülənib.
Həmişə ciddi kostyum geyinən Peskovun bu fotosu böyük marağa səbəb olub. Jurnalistlər bu barədə Dmitri Peskova sual ünvanlayaraq, onun nə düşündüyünü soruşublar. O isə cavabında: “Zənnimcə, bunu şərh etmək lazım deyil”, – deyə sualdan yayınmaq istəyib.
Amma israrla sualı dəfələrlə verən jurnalistdə sonda Peskov cavab da verib: “Axşamlar avtoyumaya gedəndə növbə çox olur. Odur ki, ortaya belə bir mənzərə çıxıb”, – deyə prezident administrasiyasının rəhbəri bildirib.
İnterpress.az