Selfi qadağan edildibackend

Selfi qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sözügedən qadağa maraqlı foto çəkdirmək arzusunda olan insanların çox saylı ölüm halları ilə bağlıdır. Məlumata görə, 2014-cü ildən indiyə qədər selfi çəkməyə cəhd edərkən 49 ölüm halı qeydə alınıb. Bədbəxt hadisələrdən 19-u məhz Hindistanda baş verib.

Mumbai rəhbərliyi hətta şəhərdə 16 yüksək təhlükə zonasını da müəyyən edib. Bu sıyahıya yanvar ayında 18 yaşlı qızın selfi etmək istərkən öldüyü fort da daxil edilib. Məlumata görə, turistlər hələki bu qadağaya əhəmiyyət vermirlər. Buna görə də, rəhbərlik selfinin həyat üçün təhlükəli ola biləcəyini nümayiş etdirəcək videoçarx yayımlamağı planlaşdırır.

İnterpress.az