Milli Şuradan Cəmil Həsənlinin İbrahimbəyovun yas mərasiminə getməsinə reaksiyabackend

Milli Şuradan Cəmil Həsənlinin İbrahimbəyovun yas mərasiminə getməsinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, vida mərasimində mərhumun qardaşı Rüstəm İbrahimbəyovun dostlarından Milli Şuranın sədri Cəmil Həsənlidən savayı bir kəs gözə dəyməyib. Onun iştirakı isə ictimai qınağa səbəb olub.

Maraqlıdır, R.İbrahimbəyovun çevrəsi onun bu ağır günündə niyə yanında olmaq istəməyib?

Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal AzNews.az-a açıqlamasında M.İbrahimbəyovun vida mərasiminə qatılmamalarının səbəbini onun mərhum jurnalist Elmar Hüseynovun ünvanına işlətdiyi ifadələrlə əlaqələndirib: “Maqsud İbrahimbəyovun Elmarın ölümünə saygısızlığı hələ yaddan çıxmayıb”.

V.Mirkamal Milli Şuranın sədri Cəmil Həsənlinin mərasimdə iştirakını isə belə dəyərləndirib: “Cəmil müəllim Maqsud İbrahimbəyovla Milli Məclisdə bir yerdə çalışıb. Həm də Rüstəm müəllimlə şəxsi dostluq əlaqələri var. Milli Şuranın sədri məgər yas məclisinə gedə bilməz? Yas mərasimində iştirak, məncə, diskussiya predmeti olmamalıdır. Çünki bu, bir insani borcdur”.

Komissiya sədri qeyd edib ki, Milli Şura üzvləri ilə R.İbrahimbəyov arasında görüş keçirilə bilər.

İnterpress.az